Xalq artisti Aygün Kazımovadan xəbər var. Lent.az-ın məlumatına görə, ifaçının aprelin 22-si işıq üzü görəcəyi yeni albomu vaxtından tez, bu gün təqdim olunub. A. Kazımovanın mətbuat əlaqələndiricisinin Lent.az-a verdiyi məlumata görə, müğənninin “Coffee from Columbia” adlı albomu artıq musiqi marketlərində satışa çıxarılıb.
Albomun media təbliğatına isə 3-4 gün sonra başlanılacaq. Həmin vaxtdan bir müddət sonra isə albomda yer alan mahnılar və kliplər musiqi kanallarında yayıma buraxılacaq.
Qeyd edək ki, A.Kazımovanın yeni “Coffee from Columbia” adlı albomunu Türkiyənin “DMC Dogan Music Company” şirkəti hazırlayıb.