"Best Model of World"un qalibi ABŞ-da yaşayıb, fəaliyyət göstərən model Rustəm Cəbrayilovun imza günü keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri Hüseyn Cavadzadə və tele - jurnalist Günay Malikqızı açıb. Sonra media nümayəndələri və Rüstəmin sevənlərinin iştirakı ilə 4 saat davam edən imza mərasimi və fotoset keçırılıb.
R.Cəbrayılova tədbir boyunca pərəstişkarlarından maraqlı hədiyyələr alıb. Tədbirin təşkilatçısı H.Cavadzadə gecə barədə öz düşüncələrini Lent.az-a bölüşüb:
Əminliklə söyləyə bilərəm ki, Rüstəmin uğurlarını model sahəsində heç bir azərbaycanlı əldə etməyib. Biz mütləq belə həmyerlilərimizə sahib çıxmalıyıq. Çünki o həm öz peşəsi, həm də aktiv fəaliyyəti ilə Azərbaycanı layiqli təmsil edən gəncdir".
Qeyd edək ki, fotoları Zeynal Məmmədli təqdim edib.