“Tez alışan, tez sönər. Oğlum istəyir ki, öz gücünə irəli getsin, anasına görə yox”. Bu sözləri Lent.az-a əməkdar artist Elza Seyidcahan oğlu Əkbərin müğənni olmaq istəyindən söz açarkən deyib. Müğənni oğlunun şou-biznes aləmində tanınan müğənni olacağına inandığını söyləyib: “ Bir oğlum var, bildiyiniz kimi o peşəkar skripkaçıdır. Amma xeyli müddətdir ki, ifaçı olmaq qərarına gəlib, bir ana kimi ona əlimdən gələn köməyi etməyə hazıram, amma oğlum öz gücünə irəliləmək niyyətindədir. Özünə tənqidi yanaşır, təvazökardır,öz yolu ilə şou-biznesə gəlir. Başqasının yoluna keçmir. Tələsən təndirə düşər. Necə deyərlər papağı başında, külüngü əlində. Səsi özündə, yolu da açıqdır. O, çox qabağa gedəcək. Buna inanıram”.

Oxşar yazılar

Tom Kruz necə bu qədər cavan qalıb? - Pəhrizi AÇIQLANDI
19 iyul 2025 , 18:18
Cennifer Lopesə səhnədə evlilik təklifi
18 iyul 2025 , 11:51
Hollivud ulduzlarının az tanınan istedadlı bacıları
18 iyul 2025 , 09:24
Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55
“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi
17 iyul 2025 , 18:28
"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı
17 iyul 2025 , 16:51
Tanınımış aparıcı AzTV-dən ayrıldı
17 iyul 2025 , 01:26