Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Novruz bayramı münasibətilə bayram konserti təşkil edib. Lent.az-ın məlumatına görə, Nazirliyin konsertinə Azərbaycanının bir çox tanınmışları qatılıb. Onların arasında xalq artisti Flora Kərimova, əməkdar artist İlqar Muradov, müğənnilərdən Samir Piriyev, Günay İbrahimli, Rəqsanə İsmayılova, rəqqasə Fatimə Fataliyeva, xanəndə Elnarə Abdullayeva da olub. Gecənin aparıcısı isə “Atv maqazin” verilişinin redaktoru Günay Firudinqızı olub.
Həmin konsertdən olan görüntüləri təqdim edirik.