Patrisia Kaas Heydər Əliyev sarayında konsert verdi
30 may 2014 11:04 (UTC +04:00)

Patrisia Kaas Heydər Əliyev sarayında konsert verdi

Heydər Əliyev sarayında dünya şöhrətli fransız müğənni Patrisia Kaasın konserti gerçəkləşib. Lent.az-ın məlumatına görə, "Piaf" adlı konsertin aparıcı Murad Dadaşov olub. Aparıcının təqdimatı ilə səhnə alan müğənni gecəyə gələn qonaqları Azərbaycan dilində salamlayıb. Sevilən mahnılarını bir-bir səsləndirən müğənnin konserti tamaşaçıların alqışları ilə bitib.

 

 

Qeyd edək ki, məşhur müğənnin konsertinə şou-biznesin bir çox tanınmış simaları xalq artisti Amalya Pənahova, müğənnilərdən Zamiq Hüseynov, Sevda Yəhyayeva, Günay İbrahimli, və başqaları da qatılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1222

Oxşar yazılar