Xəstəxanaya yerləşdirilən Madonnadan YENİ XƏBƏR
30 iyun 2023 14:45 (UTC +04:00)

Xəstəxanaya yerləşdirilən Madonnadan YENİ XƏBƏR

0

Dünya şöhrətli müğənni Madonna ciddi bakterial infeksiya səbəbindən aparıldığı xəstəxanadan evə buraxılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı Madonnanın vəziyyəti yaxşılaşır.

O, ötən günlərdə tutduğu "ciddi bakterial infeksiya" səbəbilə xəstəxanaya yerləşdirilib və bir neçə gün reanimasiyada qalıb. Madonnanın evdə özünü daha yaxşı hiss etdiyi və sağlamlıq müayinələrinin davam edəcəyi açıqlansa da, məşhur sənətçinin təxirə salınan konsertlərinin nə vaxt keçiriləcəyi bildirilməyib.

Madonnanın meneceri Qay Oseari məşhur sənətçinin iyulun 15-də Kanadanın Vankuver şəhərində başlaması planlaşdırılan və 35 şəhəri əhatə edəcək dünya turnesinin daha bir tarixə təxirə salındığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4044

Oxşar yazılar