“Xoşuna gəlməyən müğənninin  işini burmağa   nə var” - Manaf Ağayev
02 aprel 2024 18:12 (UTC +04:00)

“Xoşuna gəlməyən müğənninin işini burmağa nə var” - Manaf Ağayev

Müğənni Manaf Ağayev maraqlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, müğənni şou proqramlardan birində toylara gedən müğənnilərin başqa müğənnilərin işini asanlıqla axsada biləcəyini deyib.

“Tutaq ki, getmisən toy danışmağa, deyirlər filan müğənnini də çağırmaq istəyirəm. Əgər o müğənni sənin xoşuna gəlmirsə, öz istədiyini təklif eləyirsən. Toyda müğənninin işini burmağa nə var. Bu biznes elə bunun üstündə qurulub. Mahiyyəti budur”, - o bildirib.

Bir neçə gün öncə müğənni Nura Suri həmkarı Xəyyam Nisanovun başqa müğənnilərin işini axsatdığını, başqalarının toy bazarına müdaxilə etdiyini demişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3489
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar