Dünya şöhrətli aktyor  adam öldürməkdə  ittiham olunur: 18 ay həbs
01 fevral 2023 15:43 (UTC +04:00)

Dünya şöhrətli aktyor adam öldürməkdə ittiham olunur: 18 ay həbs

Dünya şöhrətli aktyor Alec Baldvin qətldə ittiham olunub.

Lent.az xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.

Ancaq qətl ittihamlarına baxmayaraq aktyor “Rust” filmində rol almağa davam edəcək.

Qeyd edək ki, ötən ilin oktyabrında “Vestern” filminin çəkilişi zamanı Boldwin silahla atəş açıb. Hadisə nəticəsində operator Qalina Hatçins dünyasını dəyişib, rejissor Coel Sousanı isə yaralanıb. Aktyorun dediyinə görə, o, tətiyi çəkməyib, sadəcə kadr üçün Hatçinsin göstərişinə əməl edərək tətiyi yelləyib və buraxıb. Silah boş patronlarla doldurulmalı idi, amma onların real olduğu ortaya çıxıb.

Hazırda məsələ ilə bağlı araşdırma tamamlanıb və iş prokurorluğa göndərilib. Əgər iddialar təsdiqlənsə, aktyoru 18 aya qədər həbs və beş illik silah qadağası gözləyir.

# 1512
avatar

Sevinc Fərid

Oxşar yazılar