Dünyanın ən zəngin afrikalıları 2022-ci ildə nə qədər itirdilər?
31 yanvar 2023 16:20 (UTC +04:00)

Dünyanın ən zəngin afrikalıları 2022-ci ildə nə qədər itirdilər?

Afrikanın ən zəngin insanlarının ümumi sərvəti 2022-ci ilin sonunda 81,5 milyard dollar təşkil edib.

Lent.az xaici mətbuata istinadən xəbər verir ki, onlar bir il ərzində 3 milyard dollar itiriblər.

Bəs, ən zəngin afrikalılar kimlərdir?

Qitənin ən böyük sement istehsalçısı Aliko Danqote ardıcıl on ikinci dəfə Afrikanın ən varlı adamı olub. O, bir ildə 400 milyon dollar itirib.

Siyahıda ikinci yerdə "Cartier", "Montblanc" və "Chloe" kimi brendlərə sahib olan İsveçrənin "Compagnie Financiere Richemont" şirkətinin sədri Cənubi Afrika vətəndaşı Yohan Rupert qərarlaşıb. Onun sərvəti 10,7 milyard dollar qiymətləndirilir. "DeBeers"in varisi Nikki Oppenheimer 8,4 milyard dollarla üçüncü olub.

Dördüncü yeri 7,6 milyard dollar sərvəti ilə milyarder və xeyriyyəçi Əbdül Səməd Rabiu tutub. Beşinci yerdə isə iş adamı Nassef Sauiris qərarlaşıb. Sauirisin sərvəti 7,3 milyard dollar qiymətləndirilir.

# 1578
avatar

Arzu Qurbanlı

Oxşar yazılar