“Faktlardan daha mühümü kainatın bizim içimizdə olmasıdır” – KOSMOLOQDAN MÖHTƏŞƏM FİKİRLƏR  - VİDEO
07 fevral 2021 21:07 (UTC +04:00)

“Faktlardan daha mühümü kainatın bizim içimizdə olmasıdır” – KOSMOLOQDAN MÖHTƏŞƏM FİKİRLƏR - VİDEO

Kainatın yaranması əsrlər boyu hər kəsi düşündürüb. Kosmos haqda səlis bilgi əldə etmək, faktlara söykənərək nəzəri müddəalar ortaya qoymaq elm adamlarının başlıca məqsədi olub.

Lent.az Amerika astrofiziki, fizika üzrə fəlsəfə doktoru və kosmoloq Nil Deqrass Taysonun kainat haqqında irəli sürdüyü ən möhtəşəm faktları təqdim edir:

– Kainat haqqında ən möhtəşəm fakt; dünyanın ibarət olduğu, insanın bədənini meydana gətirən atomların nüvələrində, yüksək temperatur və təzyiq altında yüngül maddələrin ağır maddələrə çevrilməsini müşahidə edə bilməkdir. 

Ulduzların arasında kütləcə ən ağır olanlar, həyatlarının son illərində qeyri-stabil hərəkət edərək toqquşdular və daha sonra partlayaraq təşkil olunduqları maddələri qalaktika boyu sovurmuş oldular. 

Ətrafa saçılan bu maddələr oksigen, azot, karbon və həyatı yaradan başqa maddələr idi. Bu maddələr sıx, yoğun, çöküntü halında olan qaz buludunun bir parçası halına gələrək, Günəş sisteminin gələcək nəslini – ulduzları, orbitə malik planetləri və həmçinin, hazırda həyat üçün lazım olan maddələrə sahib planetimizi yaradıb. 

Gecələr başımı qaldırıb səmaya baxıram və bilirəm ki, bəli, biz bu kainatın bir parçasıyıq, biz bu kainatdayıq. Amma bəlkə də, bütün bu faktlardan daha mühüm olanı kainatın bizim içimizdə olmasıdır. 

Bu reallıq haqqında düşündükləri vaxt, özünü kiçik hiss edən bir çox insan görürəm. Kainat çox böyükdür və onlar kainatla müqayisədə çox kiçikdirlər. Amma mən tərsinə, özümü böyük hiss edirəm. Çünki mənim atomlarım bu ulduzlardan yaranıb. Aramızda hələ də bir növ əlaqə var. Bu, bizim həyatdan həqiqətən istədiyimiz şey deyilmi? 

Özümüzü uyğun, yeniliklərlə əlaqəli hiss etmək istəyirik. Biz ətrafınızda baş verən hadisələrin iştirakçısı kimi hiss etmək istəyirik və bu cür hiss etməyimiz tamamilə doğrudur. 

Sadəcə canlı olmağımız belə bu kainatın bir iştirakçısı olmağımıza kifayət edir.


Mənbə: NASA, ESA, Hubble Legacy Archive; Composition: Giuseppe Donatiello
 

# 2694
avatar

Rəsul SARI

Oxşar yazılar