Hər kəsi heyrətləndirən qara aysberq  necə yaranıb? - FƏRZİYYƏLƏR
16 iyun 2025 15:57 (UTC +04:00)

Hər kəsi heyrətləndirən qara aysberq necə yaranıb? - FƏRZİYYƏLƏR

May ayının ortalarında balıqçı Hallur Antoniussen Labrador dənizində yerləşən “Saputi” traulerində olarkən qeyri-adi rəngə malik bir aysberq müşahidə edib.

Lent.az-ın xarici mediaya istinadla  xəbərinə görə, adi ağ buz parçalarından fərqli olaraq, bu aysberq demək olar ki, tamamilə qara rəngdə olub və romb formasını xatırladıb. Bir neçə gün ərzində çəkilmiş foto sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub.

Aysberqlərin rəngi necə formalaşır?

Mütəxəssislər qeyd edirlər ki, aysberqlərin rəngi əsasən buzun fiziki xüsusiyyətlərindən və tərkibindəki qatışıqlardan asılıdır. Adətən ağ aysberqlər buzun daxilində bərabər paylanmış mikroskopik hava qabarcıqları sayəsində belə görünürlər. Bu qabarcıqlar işığın bütün dalğa uzunluqlarını səpələyir və nəticədə buz ağ rəngdə görünür.

Əgər buz uzun müddət sıxılmaya məruz qalarsa, məsələn, nəhəng buzlaqların alt qatlarında hava cibləri tədricən yox olur. Belə buz daha şəffaf olur və işığı daha yaxşı keçirir. Bu zaman daha qısa dalğa uzunluğuna malik işıq (mavi rəng) səpələnir, uzun dalğalar (qırmızı rəng) isə udulur və aysberq göy və ya mavi rəng alır.

Qara aysberqlər necə yaranır?

Mütəxəssislərin fikrincə, aysberqlər bəzən boz, hətta qara rəng də ala bilirlər. Belə rəng buzun əmələ gəlməsi zamanı torpaq, daş və digər çöküntü materiallarının qatılması nəticəsində yaranır. Bu proses, xüsusilə buzlaq yer səthində hərəkət edərkən torpaq qatlarını özünə cəzb etdikdə baş verir.

Qlasioloq Lev Tarasov ehtimal edir ki, qara aysberq uzun müddət buzun qayalı qırıntılarla qarışması nəticəsində, həmçinin vulkan külü və ya meteorit toqquşması nəticəsində də yarana bilər. Belə buzun yaşı min illərlə, hətta yüz min illərlə ölçülə bilər.

Qeyd edək ki, alimlər artıq okeanların turşuluq səviyyəsinin təhlükəsiz həddi aşdığını müəyyən ediblər. Bu isə dəniz ekosistemlərinin məhvinə gətirib çıxara bilər. Eyni zamanda, tədqiqatçılar dünya okeanlarının 20%-dən çoxunun qaraldığını müşahidə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430

Oxşar yazılar