Meqan Marklın atasından  qalmaqallı   AÇIQLAMA: "Dəfnimdə iştirak etməsin"
02 may 2023 16:24 (UTC +04:00)

Meqan Marklın atasından qalmaqallı AÇIQLAMA: "Dəfnimdə iştirak etməsin"

Meqan Marklın atası qızı haqqında qalmaqallı açıqlama verib. 

Lent.az xəbər verir ki, Tomas Markl bir müddət əvvəl “7News Spotlight”a müsahibəsi zamanı qızının onun dəfnində iştirak etməsini istəmədiyini bildirmişdi. 

"Mən onun tərəfindən dəfn olunmaqdan imtina edirəm", - o belə açıqlama vermişdi. 

Amma buna baxmayaraq  insult keçirdikdən sonra yenidən müsahibə verən Tomas Markl qızı Meqan ilə münasibətləri bərpa etmək, nəvələri Şahzadə Lilibet və Arçini görmək istədiyini deyib. 

Tomas kürəkəni şahzadə Harrini sevdiyini də dilə gətirib. O, Harrini qızı ilə evləndiyi üçün təşəkkür də edib. 

Xatırladaq ki, Meqan Marklın atası Tomas Markl ilə münasibətləri bir neçə ildir yaxşı deyildi. 2018-ci ildə şahzadə Harrinin pul qarşılığında paparazzi fotolarını saxtalaşdırdığı üzə çıxandan sonra onun toyunda iştirak etməyib.

Bundan əvvəl o, qızının şəxsi həyatı ilə bağlı mediaya bir neçə müsahibə də verib. Meqan isə buna cavab olaraq atasının pul qazanmaq üçün hər şeyi qurban verəcəyini bildirib.

O, yeddi il əvvəl atasına "Nifrət və qəddar" adlı məktub yazmışdı. Həmin məktubdan sonra ögey bacıları da Meqanı tənqid etmişdilər və onların ailə münasibətləri tamamilə pozulmuşdu. 


 

# 1365
avatar

Sevinc Fərid

Oxşar yazılar