Qadının mədəsindən görün nələr çıxdı?  On iynə,  səkkiz sikkə və mismar 
27 mart 2023 18:50 (UTC +04:00)

Qadının mədəsindən görün nələr çıxdı? On iynə, səkkiz sikkə və mismar 

Moskva vilayətində pensiyaçının mədəsindən mismar, iynə və sikkələr tapılıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, təcili yardım maşını şiddətli qarın ağrısı şikayəti ilə Dolqoprudnı xəstəxanasına 72 yaşlı qadını çatdırıb. Qadının qarın boşluğunda müayinə nəticəsində bir neçə dairəvi formada, o cümlədən uzunsov və ucları uclu yad cisimlər aşkar edilib ki, bu da təcili əməliyyata səbəb olub.

“Xüsusi endoskopik üsulla rentgen nəzarəti altında mədədən səkkiz sikkə, iki mismar və on iynə çıxarılıb. Qadının bəxti gətirib ki, daxili orqanlar zədələnməyib və yad cisimlər bağırsaqlara girməyə vaxt tapmayıb, bu da xəstəni perforasiya, qanaxma və hətta ölümlə təhdid edə bilərdi", - Dolqoprudnı xəstəxanasının endoskopisti Andrey Zaxarova deyib.

Onun sözlərinə görə, əməliyyat uğurla keçib və bir saat davam edib. İndi yaşlı qadın özünü yaxşı hiss edir, lakin reanimasiyada müalicəsini davam etdirir. Qadına psixoterapevt tərəfindən müalicə kursu təyin olunacaq.

# 1188
avatar

Oxşar yazılar