Şəkildə ilk hansı heyvanı gördünüz? – Zəka testi
09 dekabr 2023 17:22 (UTC +04:00)

Şəkildə ilk hansı heyvanı gördünüz? – Zəka testi

Psixoloqlar tərtib etdikləri müxtəlif testlərlə ruh halımıza dair bir çox suallara cavab tapa bilirlər.

Lent.az amerikalı psixoloqların tərtib etdiyi zəka testini təqdim edir. Şəkildə öncə hansı heyvanı gördünüz?

Öncə zebranı gördünüzsə, incə düşüncəli birisiniz. Ağlınızı çoxtərəfli istifadə edirsiniz. Çətin və kritik vəziyyətlərdən uğurla çıxmaq üzrə böyük qabiliyyət sahibisiniz. Bəzən hətta başqalarının da yerinə düşünürsünüz və bu sizi yorur, amma bunun da öhdəsindən gəlirsiniz.

Əgər şəkildə ilk olaraq yaquarı gördünüzsə, heç kimə möhtac olmağı sevməyən, azad ruhlu birisiniz. Ağıllı və qorxusuz birisiniz. İçinizdə bir lider yatır, onu gizlətməsəniz, başqaları da sizdən faydalanacaq. Bəzən təkliyi, bəzən insanlarla bir arada olmağı sevirsiniz. Güclü insanlarla ünsiyyət daha çox xoşunuza gəlir.

# 64230
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar