Stepaşin Yeltsini Lenini dəfn etməkdən  necə çəkindirdi?
23 avqust 2024 07:26 (UTC +04:00)

Stepaşin Yeltsini Lenini dəfn etməkdən necə çəkindirdi?

0

1998-1999-cu illərdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəhbəri postunu tutmuş Sergey Stepaşin Rusiyanın o vaxtkı prezidenti Boris Yeltsini Vladimir İliç Lenini dəfn etməkdən necə çəkindirə bildiyini danışıb.

Lent.az xəbər verir ki, Stepaşin bu haqda TASS-a müsahibəsi zamanı danışıb.

“Mən Böyük Britaniyanın daxili işlər naziri Cek Strou ilə danışıqlar aparmaq üçün Londonda idim. Səhər saat altıda Boris Yeltsin zəng etdi və “Təcili uçun, Lenini dəfn etmək qərarına gəldik, siz asayişi təmin etməlisiniz." – deyə bildirdi.

O sözlərinə görə, o, 90-cı illərin sonlarında ölkədə yaranmış böhran vəziyyətini əsas gətirərək prezidenti bunu etməməyə inandıra bilib.

"1998-ci il idi, o zaman impiçment hazırlanırdı, ağır maliyyə və iqtisadi böhran var idi. Defolt var idi, siyasiləşmiş Dövlət Duması var idi və o, məni eşitdi", - deyə Stepaşin qeyd edib və deyib ki, Yeltsini inandırmaq məsələsində o tək olmayıb.

Qeyd edək ki, Sovet dövlətinin banisi Vladimir Ulyanov-Lenin 1924-cü il yanvarın 21-də vəfat edib və yanvarın 25-də SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti onunla bağlı qərar qəbul edib.

Qərarda deyilir "Vladimir İliçin cəsədi olan tabut qəbirdə saxlanmalı, ziyarətçilər üçün əlçatan etmək üçün qəbir Kreml divarının yaxınlığında, Qırmızı Meydanda Oktyabr İnqilabı döyüşçülərinin kütləvi məzarları arasında tikilməlidir."

1974-cü ildə Leninin məqbərə kompleksi tarixi abidələr kimi dövlət mühafizəsinə qəbul edilib, 1990-cı ildə isə Qızıl Meydan və Kremlin ansamblının tərkibində YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3094

Oxşar yazılar