Təyyarənin  hər iki pilotu ölsə...   Sərnişinlər nə etməlidir?
26 yanvar 2023 03:19 (UTC +04:00)

Təyyarənin hər iki pilotu ölsə... Sərnişinlər nə etməlidir?

Keçmiş pilot bildirib ki, uçuş zamanı hər iki pilot qəfil dünyasını dəyişərsə və ya xəstələnərsə, stüardessalar sərnişinlər arasında təyyarəni idarə etmək təcrübəsi olan şəxsləri axtaracaqlar. 

Lent.az xarici mediaya istinadla bildirir ki, o, bu vəziyyətdə fəaliyyət planını açıqlayıb.

“WayMan” Aviasiya Akademiyasının prezidenti Tony Şen, 
ekipaj üzvlərindən heç biri uçan gəmini idarə etmək və ya dispetçerlərlə ünsiyyət qurmaq üçün öyrədilməyib.

Başqa bir keçmiş pilot, Den Babb, pilotların eyni anda nadir hallarda xəstələndiyini qeyd edib. Məhz bu səbəbdən onlara eyni yeməyi yemək olmaz.

“Bəzi pilotlar təhlükəsiz olduğunu bildikləri yeməkləri özləri ilə gətirirlər. Nəsə baş verərsə,  pilot fövqəladə vəziyyət elan edəcək və onu tibb işçiləri qarşılayacağı ən yaxın hava limanına enəcək”, – Babb vurğulayıb.

# 3291
avatar

Oxşar yazılar