Universitet dərslərində müəllimi  süni intellekt  əvəz edir
03 sentyabr 2026 02:18 (UTC +04:00)

Universitet dərslərində müəllimi süni intellekt əvəz edir

0

Avstraliyadakı Macquarie Universitetində iki psixologiya fənninin onlayn dərslərində “Virtual Peer” adlı süni intellekt çatbotundan istifadə edilir.

Lent.az xəbər verir ki, çatbot tələbələrə suallar verir, tapşırıqlarda istiqamət göstərir və dərs prosesinə dəstək olur. Universitet bildirir ki, sistem müəllimləri tam əvəz etmir.

Bununla belə, əvvəllər müəllimlərin keçirdiyi həftəlik Zoom dərsləri rəqəmsal fəaliyyətlərlə əvəzlənib. Tələbələrin müəllimlərlə canlı əlaqəsi isə könüllü sessiyalarla məhdudlaşıb.

Universitetin məlumatına görə, “Virtual Peer” 2025-ci ildə tələbələrdən təxminən 80 min suala cavab verib.

Bəzi tələbələr canlı müəllimlərlə ünsiyyətin azalmasından narahatdır. Universitet isə süni intellektin əsas məqsədinin müəllimləri əvəz etmək deyil, onların fəaliyyətini dəstəkləmək olduğunu bildirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 44

Oxşar yazılar