Vikinqlərin 800 il sonra kəşf ediləcək metaldan hazırladıqları qılınclar – ELM SUSUR   - FOTO
16 mart 2021 17:44 (UTC +04:00)

Vikinqlərin 800 il sonra kəşf ediləcək metaldan hazırladıqları qılınclar – ELM SUSUR  - FOTO

Vikinqlərin, təxminən 800-1000-ci illərdə hazırladıqları qılıncların sirri hələ də tapılmır.

Lent.az  xarici KİV-ə istinadən xəbər verir ki, söhbət üzərində «Ulfberht» sözü həkk edilmiş 170 qılınclardan gedir.

Sirr əsrarəngiz quruluşa malik elit silah hesab edilən qılıncların metal tərkibində gizlənir. 

 

Qılıncın hazırlanmasında istifadə edilən metal tərkibi hələ 800 il sonra sənayedə baş verəcək inqilab nəticəsində kəşf ediləcəkdi. O dövrdə belə bir xassəyə malik metalın alınması alimləri sözün əsl mənasında “pat” vəziyyətinə salıb.

Qılıncların üzərindəki «Ulfberht» ifadəsinə gəlincə, ehtimal edilir ki, bu söz silahı hazırlayanların adlarını simvolizə edir.

Elm adamlarını düşündürən yeganə sual o dövrdə belə bir metalı necə və kimin yarada bilməsidir. Qeyd etdiyimiz kimi, dəmiri istənilən istiliyə qədər əridə bilən sobalar neçə yüz illər sonra yalnız Sənaye İnqilabı nəticəsində icad edilib. 

Məlumat üçün bildirək ki, 2012-ci ildə Vezer çayının Almaniyanın Aşağı Saksoniya əyalətindən keçən hissəsinin yaxınlığında tapılan vikinq qılıncları Hannover Universitetinin Qeyri-üzvi Kimya İnstitutunun mütəxəssisi Robert Lehmann tərəfindən araşdırılır.

# 2208
avatar

Rəsul SARI

Oxşar yazılar