Yataq otağında hansı rənglər sağlamlığınıza zərər verə bilər
23 yanvar 2026 15:13 (UTC +04:00)

Yataq otağında hansı rənglər sağlamlığınıza zərər verə bilər

0

Bəzi aqressiv çalarlar yataq otağında yuxusuzluğa səbəb ola, narahatlıq hissi yarada və hətta depressiyaya gətirib çıxara bilər. Mütəxəssislər yuxu otağında hansı rənglərdən uzaq durmağın vacib olduğunu açıqlayıblar.

Bu barədə Lent.az məlumat verir:

Qırmızı rəng ən aqressiv rənglərdən biri sayılır. O, ehtirası və təhlükəni simvolizə edir. Lakin uzun müddət bu rəngə baxmaq qəzəb, əsəbilik, hirs və gərginlik yarada bilər. Qara rəng də yataq otağından çıxarılmalıdır. Əks halda yuxusuzluğa və kabuslara səbəb ola, insanda narahatlıq hissini artırar.

Narıncı rəng insanı daha enerjili edir və “oyaq” saxlayır. Bu isə yuxunun azalmasına və tam dincələ bilməməyə gətirib çıxara bilər.

Bənövşəyi rəng də çox parlaq və diqqət çəkən rənglərdəndir. Yaradıcılıq, güc və ekstravaqantlıqla əlaqələndirilsə də, yataq otağının divarları bu rəngdə boyanarsa, zamanla daimi yorğunluq və yuxululuq hissi yarana bilər.

Qəhvəyi rəng emosiyalara mənfi təsir göstərə bilər. Yataq otağında bu rəng çox olduqda insan kədər, narahatlıq, tənhalıq və hətta depressiya hiss edə bilər. Üstəlik, bu rəng yuxunun müddətinə də mənfi təsir edir.

Yataq otağı üçün ideal rənglər

Yataq otağı üçün ən uyğun seçim pastel tonlardır: açıq-bej, bej-çəhrayı, sarımtıl-ağ. Yaxşı yatmaq üçün həmçinin bu qaydalara əməl etmək tövsiyə olunur: gün rejiminə riayət etmək, axşamlar çox yeməmək, günün ikinci yarısında kofein və şirniyyatdan uzaq durmaq, yatmazdan əvvəl otağı havalandırmaq və keyfiyyətli, rahat yastıq seçmək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar