Ankarada Niyazi təntənəsi - FOTO
01 sentyabr 2012 11:30 (UTC +04:00)

Ankarada Niyazi təntənəsi - FOTO

Avqustun 31-də Ankara Dövlət Rəsm və Heykəl Muzeyinin böyük konsert zalında Türkdilli Dövlətlərin Mədəniyyət Təşkilatı TÜRKSOY tərəfindən dahi Azərbaycan sənətkarı Maestro Niyazinin anadan olmasının 100-cü ildönümü münasibətilə planlaşdırılan konsertlər silsiləsinin ilk tədbiri təşkil olunub. Bu barədə Lent.az-a Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanov bilidirib.

Tədbirdə, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, səfirliyin əməkdaşları, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi başda olmaqla çox sayda rəsmi dövlət qurumlarının yüksək vəzifəli şəxsləri, çox sayda mədəniyyət və incəsənət xadimləri, diaspor və ictimaiyyət nümayəndələri ilə yanaşı KİV nümayəndələri iştirak edib. Tədbirin açılış nitqini TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov həyata keçirərək, konsert iştirakçılarını salamlamış, bu cür tədbirlərin ölkələrimiz arasındakı əlaqələrə verdiyi müsbət töhfələrdən söz açmış və böyük sənətkar Niyazinin həyat və yaradıcılığından bəhs edib. Ardından Türkdilli ölkələrin musiqiçilərindən ibarət TÜRKSOY Beynəlxalq Gənclər Orkestri, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Asəf Zeynallı və Üzeyir Hacıbəylinin əsərlərini böyük professionallıqla səsləndiriblər.

Tədbir, TÜRKSOY-un Beynəlxalq Gənclər Orkestrinin nümayəndələrinə hədiyyə və plaketlər təqdim olunması ilə son çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1691

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28