Türkiyədə Əhməd Cavad parkı -FOTO
23 sentyabr 2012 17:48 (UTC +04:00)

Türkiyədə Əhməd Cavad parkı -FOTO

Türkiyənin Mersin bölgəsində Azərbaycanın tanınmış şairi Əhməd Cavadın adını daşıyan parkın açılışı olub.

APA-nın xəbərinə görə, parkın açılış mərasimində Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Türkiyədən çoxlu sayda bələdiyyə başqanları iştirak ediblər.

Azərbaycanlı müğənni Şəmistan Əlizamanlının “Çırpınırdı Qara dəniz” mahnısı ilə başladığı konsertdən sonra şairin nəvəsi Anar Axundzadə parka Əhməd Cavadın adının verilməsinə görə təşəkkürünü bildirib.

PA rəsmisi Qafar Əliyev də Azərbaycan şairinə Türkiyədə göstərilən diqqətə görə təşəkkürünü bildirib. Q. Əliyev bundan əvvəl də Mersinin Tarsus bələdiyyəsinin Heydər Əliyev adına körpü tikdiyini xatırladıb və buna görə də minnətdarlığını ifadə edib.
Tarsus bələdiyyə başqanı Bürhanəddin Kocamaz bu xidmətlərin davam edəcəyini bildirib. O, çıxışında Əhməd Cavadın Türk dünyasının ortaq şairi olduğunu bildirib, onun yaradıcılığından bəhs edib.

# 1519

Oxşar yazılar