
Məşhur rəqs qrupu Bakıda... –
Danimarkanın dünyaca tanınmış rəqs qrupu olan “National Danish Perfomance Team” (NDPT) Azərbaycanın paytaxtı Bakının qonağı olacaq. Lent.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin dəvəti ilə şəhərimizə təşrif buyuracaq, ifalarında əsasən akrobat rəqslərinə üstünlük verən rəqs qrupunun Bakıda bir neçə çıxışı olacaq. 10 günlük səfər çərçivəsində Danimarka rəqqasları Bakıda master-klasslar keçəcək, mədəni əlaqələrin qurulması yönündə bir sıra görüşlər baş tutacaq. Eləcə də dünya turneləri çərçivəsində oktyabrın 8-də Bakıda, Əl Oyunları Sarayında özlərinin gimnastika və akrobatika şousunu nümayiş etdirəcəklər. Yaddaqalan şou saat 19:00-da başlayacaq. Konsertdən bir neçə gün əvvəl qrup yerli media mənsubları ilə görüşəcək və onların müvafiq suallarını cavablandıracaq.
Qrup 18-28 yaş arasında 28 gənc atletdən ibarətdir. Qrup hər il tur menecerləri ilə bərabər dünya turuna çıxır və konsertləri çox böyük miqyasda təşkil olunur.
Jalə
Qrup 18-28 yaş arasında 28 gənc atletdən ibarətdir. Qrup hər il tur menecerləri ilə bərabər dünya turuna çıxır və konsertləri çox böyük miqyasda təşkil olunur.
Jalə
Oxşar yazılar

Ölənə qədər özləri haqqında şok həqiqətləri gizlədən 10 ULDUZ
19 iyun 2025 , 13:41
"Netflix"də ən çox izlənən filmlər -VİDEO
18 iyun 2025 , 18:55
Kennedilər ailəsinin faciəvi sevgi hekayəsindən film çəkilir
18 iyun 2025 , 15:29
“Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayevlə MÜSAHİBƏ
17 iyun 2025 , 14:16
İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO
16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14