II Beynəlxalq Muğam Festivalının vaxtı dəqiqləşdi
21 yanvar 2011 16:05 (UTC +04:00)

II Beynəlxalq Muğam Festivalının vaxtı dəqiqləşdi

Bu barədə Lent.az-a məlumat verən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, artıq festivala qatılmaq üçün müxtəlif ölkələrdən müraciətlər var. Hazırda həmin müraciətlərə baxılır.

F. Əlizadənin sözlərinə görə, 8 günlük festival çərçivəsində Bəstəkarlar İttifaqında “Azərbaycan muğamının dostları ilə görüş-konsert” və YUNESKO səviyyəsində simpozium keçiriləcək. Fevralda isə II Beynəlxalq Muğam Festivalının Simpoziumu ərəfəsində “Şərqin muğam-məqam sistemləri” adlı elmi konfrans olacaq: “Müsabiqənin formatında dəyişiklik edilməyib. Birinci müsabiqədə olduğu kimi, bu dəfə də festival müddətində gənc muğam ifaçılarının müsabiqəsi təşkil olunacaq. Lakin müsabiqənin münsiflər heyətinin tərkibi hələ məlum deyil. Jüridə yerli sənət adamları ilə yanaşı, xarici mütəxəssislər də təmsil olunacaq deyə, hazırda onların adları müəyyənləşdirilir”.

Xatırladaq ki, I Beynəlxalq Muğam Festivalı 2009-cu il martın 18-dən 25-ə qədər Bakıda keçirilib.

Xəyalə
# 822

Oxşar yazılar