İlk muzey elektron kataloqu və elektron kitabxana yaradılır
25 yanvar 2011 13:04 (UTC +04:00)

İlk muzey elektron kataloqu və elektron kitabxana yaradılır

Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. Məlumata görə, hazırda elektron bazada 4 məlumat bazası yaradılıb: muzey kitabları, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabları və 2 elektron kartoteka bazası.
İstifadəçilər axtarışı açar söz, müəllif, sərlövhə və nəşr ili üzrə apara bilər. Sistem avtomatlaşdırılmış rejimdə tapılan sənədləri müəllif, sərlövhə, nəşr ili və sənəd növünə görə qruplaşdırır.

Elektron kataloqun Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bazasında isə prezidentin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə nəşr edilmiş və kitabxanalara hədiyyə edilmiş kitablar yerləşdirilir. Bu elektron bazada kitabları 3-5 açar sözə görə axtarış imkanı yaradılıb. “Elektron kartoteka – 2010” bazasında isə ölkə başçısı tərəfindən 2010-cu ildə imzalanmış bütün sərəncamlar öz əksini tapıb.

Bununla yanaşı, Tovuz rayon Heydər Əliyev Muzeyinin kitabxanasında elektron kitabxana da yaradılıb. Hazırda elektron kitabxanada “Heydər Əliyev və mədəniyyət” 3 cildlik, “Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)” 2 cildlik və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsində çox şaxəli fəaliyyətini əks etdirən “Mədəniyyətimiz və mədəni incilərimizin hamisi” kitablarının elektron versiyası daxil edilir.

Tovuz rayon Heydər Əliyev Muzeyinin kitabxanası Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin veb-saytında yerləşdirilib.
Xəyalə
# 1457

Oxşar yazılar