İlhamə Quliyeva Sabir Rüstəmxanlıya cavab verdi
02 sentyabr 2009 14:01 (UTC +04:00)

İlhamə Quliyeva Sabir Rüstəmxanlıya cavab verdi

“O DAK-a gələndən sonra təşkilat 3-4 hissəyə parçalandı”
Azərbaycanın Xalq artisti İlhamə Quliyeva Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlının Dünya Azərbaycanlıları Birliyi (DAB) və onun özü haqqında söylədiklərinə münasibət bildirib. Xalq artisti Lent.az-a bildirib ki, DAB yaxın günlərdə öz fəaliyyəti ilə bütün söz-söhbətlərə son qoyacaq və kimin Azərbaycan dövləti və xalqı üçün daha səmərəli işlər gördüyünü sübuta yetirəcək: “Mənim şair kimi Sabir Rüstəmxanlının fikirlərinə hörmətim var. Lakin onun nəzərinə çatdırım ki, artıq Dünya Azərbaycanlıları Birliyi yaranıb və yaxın günlərdə öz xeyirli işləri ilə fəaliyyətə başlayacaq. Bundan sonra həm Dünya Azərbaycanlıları Birliyinin, həm də Dünya Azərbaycanlıları Konqresinin fəaliyyəti göz qabağında olacaq. Zaman özü kimin necə olduğunu göstərəcək. Sabir Rüstəmxanlı DAK-a gələndən sonra təşkilat 3-4 hissəyə parçalandı. Artıq DAK yox olmaq həddinə çatıb. Əgər Sabir Rüstəmxanlının DAB-ın yaranmasına şübhəsi varsa, buyursun Belçika vətəndaşı olan həmyerlimiz Ədalət Quliyevlə əlaqə saxlasın. Təşkilatın nizamnaməsi və qeydiyyat vərəqəsi ondadır. Ədalət müəllim də hazırda Bakıdadır, Sabir Rüstəmxanlı istədiyi vaxt ona müraciət edə bilər”.
Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1210

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28