Azərbaycan Beynəlxalq Uşaq Festivalında
05 fevral 2011 12:31 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Uşaq Festivalında

Lent.az-ın məlumatına görə, Türkiyə Cümhuriyyətinin 23 aprel – Milli Suverenlik və Uşaq Günü münasibətilə düzənlənəcək festivalda Azərbaycan, Almaniya, Bolqarıstan, Bosniya-Herseqovina, İndoneziya, Yaponiya, Şimali Kipr, Rumıniya, Rusiya və Yunanıstandan 440 uşaq və 160 müəllim iştirak edəcək. Lakin Azərbaycanı festivalda hansı kollektivin təmsil edəcəyi hələ dəqiqləşdirilməyib.

Tədbirin məqsədi bu festival vasitəsilə dünya uşaqları arasında qardaşlıq, dostluq və sevgi əlaqələrini möhkəmləndirmək, həmçinin Türkiyənin xalqlar, insanlar arasında dostluğa, sevgiyə sadiq bir ölkə olduğunu göstərməkdir. Beynəlxalq uşaq festivalı çərçivəsində konsertlər və tarixi yerlərə gəzinti proqramları təşkil olunacaq.

Xəyalə
# 612

Oxşar yazılar