Bakıda 11-ci Şərq-Qərb festivalı başladı
18 sentyabr 2009 15:15 (UTC +04:00)

Bakıda 11-ci Şərq-Qərb festivalı başladı

Bu gün Heydər Əliyev adına Sarayda 11-ci Şərq-Qərb festivalının açılış mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, tədbir “Sarı gəlin” milli kompozisiyası ilə başlayıb. Tədbirdə müxtəlif illərdə keçirilən festivallardan kadrlar nümayiş etdirilib. Sonra “Natiq” ritm qrupu səhnəyə çıxıb.


Təntənəli açılış mərasimində TÜRKSOY-un baş direktoru Düsen Kaseinov çıxış edib: «Bakı - bu il İslam mədəniyyəti paytaxtı ili elan olunub. Bu məqsədlə festivalda ən çox islam ölkələrinin filmlərinə yer verilməsi olduqca təqdirə layiq haldır».

D.Kaseinov türksoylu xalqların adından Rüstəm İbrahimbəyova simvolik hədiyyə bağışlayıb. Qonaq ona «Koroğlu»nun kiçik heykəlini hədiyyə edib.

Sonra çexiyalı kinematoqraf Yan Sveraxın filmlərinin retrospektivi nümayiş etdirilib. Mədəniyyət və turizm nazir Əbülfəs Qarayev festivalın açılışı münasibəti ilə kinosevərləri təbrik edib: «Bu gün həqiqətən də Azərbaycan Şərq və Qərb arasında körpü funksiyasını daşıyır. Daha çox islam ölkələrinin filmlərinin nümayiş etdirilməsi də sevindirici haldır. Güman edirəm ki, gələn il keçiriləcək olan festivalda həm şərq, həm də Qərbin maraqlı kino nümunələri təmsil olunacaq. Bu il festivalın tərkibində balaca, yeni. məzmunlu layihələr həyata keçiriləcək. Biz bir neçə gün daha gözəl ab-havada yaşayacağıq.
Mən söz vermirəm, lakin ümidvaram ki, gələn il festival Nizami kinoteatrında reallaşacaq”.

Festivalda əməkdar artist Rain Sultanov, Emil Əfrasiyaboğlu, Vaqif Sadıqovun rəhbərliyi ilə caz qruplarının ifası təqdim olunub.

Sonra «Oskar» laureatları Yan Sverax və Rüstəm İbrahimbəyov səhnəyə çıxıblar, festival və bir-birləri barədə xoş arzular səsləndiriblər.
Rüstəm İbrahimbəyov festivalı açıq elan edib. Açılış törəni «Natiq» ritm qrupunun möhtəşəm ifası ilə davam edib.

Festivalın açılış filmi Murad İbrahimbəyovun «Sivilizasiya» filmidir.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1221

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28