“Rəqs edən begemotlar” Bakıda
14 fevral 2011 15:36 (UTC +04:00)

“Rəqs edən begemotlar” Bakıda

Rusiya Dövlət Sirk Kompaniyasının nömrələrindən yığılan proqramda həmyerlimiz, Azərbaycanın və Rusiyanın xalq artisti Tofiq Axundovun “Rəqs edən begemotlar” attraksionu nümayiş olunacaq. Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovun Lent.az-a verdiyi məlumata görə, əvvəlkilər kimi, bu yeni proqram da tamaşaçıların marağına səbəb olacaq: “Əslində sirkin rəhbərliyi bu proqramı çoxdan Bakıya gətirmək istəyirdi. Sadəcə, başqa ölkələrdə qastrol səfərlərində olduqları üçün gələ bilmirdi. Bu proqram Azərbaycandan öncə bir neçə ölkədə artıq göstərilib və böyük marağa səbəb olub. Ümid edirik ki, Azərbaycanda da eyni maraqla qarşılanar”.


Mahir Hümbətov bildirib ki, proqrama “əyləncəli safsarlar”, müxtəlif meymunlarla attraksionlar, əhliləşdirilmiş itlər, hava gimnastları, akrobatlar, güc jonqlyorları, velofiquristlər, şən klounlar və digər nömrələr daxildir.


Proqramın martın sonan qədər davam edəcəyi planlaşdırılır. Nümayişlər cümə, şənbə və bazar günü baş tutacaq. Novruz bayramı və məktəblilərin yaz tətili günlərində isə hər gün bir neçə seans olacaq.

M. Hümbətov onu da qeyd edib ki, biletlər satışı artıq başlayıb. Qiymətləri isə dəyişməyib – yerindən asılı olaraq 4-10 manat arasındadır.

Xəyalə
# 857

Oxşar yazılar