Qoqolun “Evlənmə” komediyası peşəkar teatrımızda ilk dəfə səhnələşdirildi
15 fevral 2011 16:50 (UTC +04:00)

Qoqolun “Evlənmə” komediyası peşəkar teatrımızda ilk dəfə səhnələşdirildi

Musiqili Komediya Teatrında səhnələşdirilən tamaşada bu teatrın aktyorları ilə yanaşı, xalq artistləri Məleykə Əsədova və Şükufə Yusupova çıxış edəcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi “Evlənmə” tamaşasında Aqafya Tixonovna obrazı Məleykə Əsədovaya, Fyokla İvanovna surəti Şükufə Yusupovaya həvalə olunub. “Evlənmə” bu aktrisaların Musiqili Komediya Teatrında debüt tamaşasıdır.


Komediyada Podkalyosin roluna isə Gənc Tamaşaçılar teatrının aktyoru Qurban İsmayılov dəvət olunub. Bu əsər böyük rus yazıçısının 200 illik yubileyinə həsr edilir. Tamaşanın musiqi rəhbəri əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov, dirijor Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeyster Vaqif Məstanov, baletmeysterlər Zakir Ağayev və Yelena Ağayevadır. Xalq artisti Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov, Ramiz Məmmədov, aktyorlar Emma Məlikova, Çingiz Əhmədov, Ülviyyə Novruzova, Ziyadxan Cəbrayılov, Möylə Mirzəliyev, Elxan İsmayılov, Məhərrəm Qurbanov, Vüqar Hacıyev də bu tamaşada çıxış edəcəklər.

Tamaşanın premyerası fevralın 23-də və 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında oynanılacaq.

Xəyalə
# 900

Oxşar yazılar