Azərbaycanda İran Mədəniyyət Günləri keçiriləcək
03 may 2011 12:59 (UTC +04:00)

Azərbaycanda İran Mədəniyyət Günləri keçiriləcək

Lent.az-ın məlumatına görə, görüş zaman Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin dinamikasının yüksək inkişafı qeyd edilib, hələ qədim zamanlardan iki ölkə arasında formalaşmış münasibətlərin müasir dönəmdə daha da genişləndirilməsinin zəruriliyi, xüsusən də mədəni münasibətlərdə təşəkkül tapmış dostluq əlaqələrindən bəhs olunub. Eyni zamanda, tərəflər bu ilin oktyabr ayında Azərbaycanda İran Mədəniyyət günlərinin keçirilməsini müzakirə edərək, İranın yeni təyin olunmuş mədəniyyət naziri Mohammad Hosseininin də rəsmi açılış mərasimində iştirak etməsinin mümkünlüyü nəzərdən keçiriblər.

Həmçinin səfir, İran Mədəniyyət Günləri çərçivəsində musiqi, əl yazma, teatr, əl işləri və rəssamlıq nümunələrinin təqdim olunması və təşkilatı işlərlə bağlı əvvəlcədən işçi qrupunun ölkəmizə səfər etməsi təklifini irəli sürüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Xəyalə
# 535

Oxşar yazılar