“Bir addım” filmi daha bir mükafat qazandı
09 iyun 2011 15:03 (UTC +04:00)

“Bir addım” filmi daha bir mükafat qazandı

Festivalda Azərbaycanla yanaşı, Almaniya, Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrin audiovizual məhsulları nümayiş olunub. Ölkəmizi “İmper Qrup” prodüser mərkəzinin istehsal etdiyi “Bir addım” qısametrajlı bədii filmi təmsil edib. Filmin rejissoru Fariz Əhmədovun Lent.az-a verdiyi məlumata görə, “Bir addım” festivalın “qısa metrajlı bədii film” nominasiyasında “ən yaxşı səs rejissoru işinə görə” diplomuna layiq görülüb. Filmin səs rejissoru Rasim Mehdiyevdir.


“Bir addım” qısametrajlı bədii filmi 20-dən artıq ölkədə keçirilən beynəlxalq festivalın müsabiqə bölməsində Azərbaycanı uğurla təmsil edib, müxtəlif mükafat və diplomlara layiq görülüb. Film 2009-cu ildə “İmper Qrup” Prodüser Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran-2008” müsabiqəsinin qalib kino layihəsi kimi istehsal olunub. Filmin rejissorları Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifləri Alina Abdullayeva və Nərgiz Bağırzadə, quruluşçu operatoru Tanrıverdi Tanrıverdiyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rauf Əliyev, səs rejissoru Rasim Mehdiyev, prodüserləri Rəşad Qasımov və Fariz Əhmədov, bədii rəhbəri Cəmil Quliyevdir. Filmdə baş rollarda Gülzar Qurbanova, Pərviz Məmmədrzayev və Nərminə Kərimova çəkiliblər.

Xəyalə
# 652

Oxşar yazılar