“Məhv olmuş gündəliklər” ikinci səhnə ömrünü yaşayır
16 iyun 2011 10:34 (UTC +04:00)

“Məhv olmuş gündəliklər” ikinci səhnə ömrünü yaşayır

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Məhv olmuş gündəliklər” tamaşası xalq artisti Vaqif Əsədovun quruluşunda yeni səhnə həyatı yaşayacaq.

Səhnə əsərinin tərtibatını da rejissor özü həyata keçirir. Bundan başqa, tamaşanın musiqi tərtibatı Mixail Simanovskiyə, rəqslərin quruluşu Nicat Kazımova məxsusdur. Rejissor assistentləri isə Sona Mustafayeva və Elnur Kərimovdur. Tamaşada əsas rolları əməkdar artist Şövqi Hüseynov, aktyorlar Şəfəq Əliyeva, Nəsibə Eldarova, Rasim Cəfərov, Elnur Hüseynov, Nicat Kazımov, Elnur Kərimov, Günel Məmmədova, Şəbnəm Hüseynova, Elşən Rüstəmov, Sərvər Əliyev, Rəşad Səfərov, Kərəm Hadızadə, Elşən Şirəliyev, Manaf Dadaşov, Asya Atakişiyeva, Nigar Məmmədova, Roza İbadova, Anar Seyfullayev ifa edəcək.

83-cü teatr mövsümünün sonuna yaxın - iyul ayının 10-a qədər kollektiv tamaşanı təhvil verməyi planlaşdırır. Teatrın yeni - 84-cü mövsümü sentyabr ayının 20-də məhz bu tamaşa ilə açılacaq.

Xatırladaq ki, sözügedən əsər 2002-ci ildə teatrın rus bölməsində hazırlanmışdı və böyük uğur qazanaraq, nəinki respublikamızda, eləcə də Rusiyanın bir sıra şəhərlərində keçirilən beynəlxalq teatr festivallarında və qastrol səfərlərində iştirak etmişdi.

Xəyalə
# 718

Oxşar yazılar