Elizabet Teylor
02 dekabr 2022 20:15 (UTC +04:00)

Elizabet Teylor

7 kişiylə 8 dəfə evlənən bənövşəyi gözlü milyonçu - Bir ulduz axdı

Lent.az  “Bir ulduz axdı” layihəsi çərçivəsində bu dəfə məşhur Hollivud ulduzu Elizabet Teylordan bəhs edəcək.

Hətta ölümündən sonra bu möhtəşəm qadın stil və gözəllik ikonası kimi anılır.

O, kino sənayesinin qızıl dövrünün kraliçası hesab olunur. Ən yaxşı qadın roluna görə ilk və iki dəfə “Oskar” mükafatı alıb. İlk dəfə milyon dollar qonorarı tələb etmiş qadın aktrisa da Teylor idi. Dəyərini bilirdi, eyni zamanda pulun insan həyatındakı əvəzsiz rolunu da yaxşı bildiyinə görə, gənclik illərindən sərvət toplamağa başlamışdı. Brilliantlar və bahalı mücəvhərlər onun zəif nöqtəsiydi.

Britaniya əsilli Elizabet 15 yaşından artıq filmlərdə baş rollarda çəkilməyə, öz haqqını tələb etməyə, hətta kinoşirkətlərlə dava etməyə başlamışdı.

Elizabet Teylor "Batterfild 8" və "Virciniya Vulfdan kim qorxur?" filmlərindəki rollarına görə "Oskar" mükafatına layiq görülsə də, 1963-cü ildə çəkildiyi "Kleopatra" filmindəki Kleopatra rolu ilə daha çox tanınır. İndi sevilərək izlənilən bu film bir zamanlar yaradıcılarını heç sevindirməmişdi. Böyük büdcəli film baxış qazanmamış, tamaşaçılar Teylorun rolunu bəyənməmiş, film fiaskoya uğramışdı.

Elizabet Teylor daha çox şəxsi həyatı ilə və ilk növbədə səkkiz dəfə ailə həyatı qurması ilə diqqət mərkəzində olub. O çox ərdə olmağına ata sevgisindən uzaq qalmağı səbəb göstərirdi.

Teylor 7 nəfərlə 8 dəfə ailə qurmuşdu. Ərlərindən yalnız biri ölüb, qalanlarından boşanıb. Onların hamısı çox varlı, nüfuzlu və tanınmış şəxslər olub.

Teylor Maykl Todd və Eddi Fişerlə evliliyi arasında dinini dəyişərək xristianlıqdan iudaizmə keçmişdi. 

Onun 4 doğma övladı olsa da, evləndiyi kişilərdən birinin uşağı olmadığı üçün bir alman qızını övladlığa götürmüş, xəstə olsa da onun qayğısına qalmışdı. Həmin qız əlil arabasından Teylorun sayəsində qalxmış, sağlam həyat sürmüşdü.

Elizabet 39 yaşında nənə oldu. Vəfat etdiyi zaman onun 4 övladı, 10 nəvəsi və 4 nəticəsi var idi.

Elizabtin zərgərlik məmulatlarına düşkünlüyünü demişdik. Məhz buna görə aktrisaya çoxlu sayda bahalı hədiyyələr verilirdi. Hətta o, XVI əsrə aid Mariya Tüdora məxsus mirvari boyunbağını əldə etmişdi. Ölümündən sonra bu mirvari boyunbağı 11 milyon dollara hərracda satıldı. Maraqlıdır ki, Pereqrin adlanan həmin məşhur mirvarini Teylorun iti çeynəmişdi. 

Az adam bilir ki, ona nadir mutasiya diaqnozu qoyulmuşdu, gözlərində ikiqat kirpik sahibiydi. Buna görə də Teylorun baxışları xüsusilə ifadəli idi. Bundan əlavə, gözlərinin rəngində nadir lavanda, bənövşə çalarları var idi. Ona "bənövşəyi gözlü ulduz" da deyirdilər. Mutasiya ona xüsusi xarizma vermişdi.

Teylor aktyorluq kurslarında  belə getməmişdi. Aktrisa başqalarından nümunə götürdüyünü söylərdi. O, həmkarlarının oyununu diqqətlə izləyərdi.

Aktyor Riçard Bertonla iki dəfə evlənib. Berton onun beşinci və altıncı əri olub. Jurnalistlərin fikrincə o  Teylorun tək sevgisi olub. Teylor hətta yedinci, səkkizinci dəfə evlənəndə də Bertonun  taxdığı evlilik üzüyünü barmağından çıxarmamışdı.

Teylor və Mayk Cekson çox yaxın dost idilər.

Teylor ilk gənclik illərindən öz qazancı hesabına Xeyriyyə Fondu yaratmış, QİÇS xəstələrinə yardım edirdi. O milyonların sahibi idi və bu qədər  varidatı tək istifadə etməyi haqsızlıq  hesab eləyirdi.

Məşhur ulduz 2011-ci il martın 23-də 79 yaşında həyata vida edib.

# 4071
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Özünü Zeynəb Xanlarovaya oxşatdı, ölənə qədər "heç kimim yoxdur" dedi – Unudulan məşhurlar

Özünü Zeynəb Xanlarovaya oxşatdı, ölənə qədər "heç kimim yoxdur" dedi – Unudulan məşhurlar

4 fevral 2023 , 20:15
"Polis akademiyası" filminin komissarı ÖLDÜ

"Polis akademiyası" filminin komissarı ÖLDÜ

4 fevral 2023 , 18:33
Vulf Dornun Bakıda kitab təqdimatı  keçirildi

Vulf Dornun Bakıda kitab təqdimatı keçirildi

4 fevral 2023 , 16:31
Lənkəran Dövlət Dram Teatrının direktoru işdən çıxarıldı

Lənkəran Dövlət Dram Teatrının direktoru işdən çıxarıldı

4 fevral 2023 , 10:13
"Çelsi" derbidə xal itirdi

"Çelsi" derbidə xal itirdi

4 fevral 2023 , 03:41
Mətbuat katibi vəzifəli şəxsə qadağa qoya bilər? – Ekspertdən CAVAB

Mətbuat katibi vəzifəli şəxsə qadağa qoya bilər? – Ekspertdən CAVAB

3 fevral 2023 , 19:04
Mədəniyyət Nazirliyindən susmaq əmri? -  Replika

Mədəniyyət Nazirliyindən susmaq əmri? - Replika

3 fevral 2023 , 18:44
“6 milyon ayrılır, amma o pul gəlib  kinostudiyaya çıxmır”  – Tanınmışlardan ETİRAZ

“6 milyon ayrılır, amma o pul gəlib kinostudiyaya çıxmır” – Tanınmışlardan ETİRAZ

3 fevral 2023 , 18:02