8 martda mütləq baxmalı olduğunuz KİNOLAR  - VİDEO
06 mart 2023 16:53 (UTC +04:00)

8 martda mütləq baxmalı olduğunuz KİNOLAR - VİDEO

Beynəlxalq Qadınlar Günü münasibətilə sizə zövq verəcək, maraqla baxacağınız filmləri bir araya gətirdik. 

Lent.az filmlər arasında dram, romantika və digər janrlarda olanları sizə təqdim edir.

"Persepolis" - İran əsilli fransız cizgi filmi yazarı Marjane Satrapiyə məxsus avtobioqrafik film İran inqilabı fonunda yetkinlik yaşına çatan gənc bir qızdan bəhs edir. Ekran işində təhqir, ölkədəki sosial vəziyyətin acınacaqlı olması, qadınların müstəqilliyinin olmaması izləyicini reallıqlarla üz-üzə qoyur.

"La Vie en Rose" - Bu, məşhur müğənni Edit Piaf haqqında çəkilən fransız filmidir. Baş rolda filmə görə "Oskar" qazanan Marion Kotilyardır. Ekran işində Editin çətin taleyi, şöhrət və sənət yolu, həyatın nə olursa olsun gözəl olmasından bəhs edir. Təbii ki, filmdə Fransa mədəniyyətinin simvoluna çevrilmiş melodik mahnılar sizi heyran edəcək. 

“Emily in Paris” serialı da tövsiyə olunanlar arasındadır. Xoş, gözəl, dinamik və yalnız qızlar üçün! Serial baş qəhrəmanın gündəlik həyatını, fransızlar haqqında çox şirin miflərin olmasını əks etdirir. Rollarda Lily Collins, Lucas Bravo, Ashley Park və digərləri ifa edir. Ekran işində fantaziyalar, romantika da yer alıb. Baxmağa dəyər. 

Rejissor Valeri Todorovskinin "Оttepel" filmi altmışıncı illərin gözəl Moskvası, gözəl musiqi və istedadlı aktyorlar sizi ekrana bağlayacaq. Rollarda Yevgeni Tsiqanov, Aleksandr Yatsenko, Anna Çipovskaya ifa edir. 

"Hidden Figures" filmi - Süjetin mərkəzində riyazi hesablamalar sayəsində astronavt Con Qlenni kosmosa göndərməyə kömək edən, əvvəllər ictimaiyyətə məlum olmayan "NASA"-dan olan qadınların hekayəsi var. Onlar hər gün dəri rənglərinə və cinsinə görə iş yerində bullinqlə üzləşirlər. Qadınlar həmkarlarına kosmos proqramının bir hissəsi olmağa layiq olduqlarını sübut etmək istəyirlər. Film onların mübarizəsindən bəhs edir.

"Roma" - 2019-cu ildə ekranlaşdırılan film 1970-ci illərdə Meksikada bir ailənin evində xidmətçi işləyən Kleonun hekayəsindən bəhs edir. O, həm siyasi, həm də sosial problemlərin ortasında qalıb. Bu filmdə onun həyat mübarizəsi sizə təqdim edilir. Ekran işi 3 dəfə "Oskar" mükafatına layiq görülüb.

"I, Tonya" filmi də gerçək bir həyat mübarizəsini göstərən ekran əsəridir. Tonya Harding buz üstündə balet edən bacarıqlı idmançıdır. Karyerasında tanınmaq üçün əlindən gələni edən Tonyanın başına talesiz olaylar gəlir və o, həyatının dərinliyinə enmək məcburiyyətində qalır. Baş rolu Marqot Robbie canlandırır. Bu film də sizi xeyli məmnun edəcək. 

"La vie en rose" filmi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4410

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28