Beş fotoqrafımız beynəlxalq fəxri ada layiq görüldü
02 dekabr 2020 13:40 (UTC +04:00)

Beş fotoqrafımız beynəlxalq fəxri ada layiq görüldü

“Gilavar” Azərbaycan Foto Klubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. Beynəlxalq Foto Sənəti Federasiyası dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır.

Lent.az-ın məlumatına görə, bu qurumun fəxri adlarını əldə etmək üçün fotoqraflar xüsusi qaydalara əməl etməklə FIAP himayədarlığı altında dünyanın müxtəlif ölkələrində keçirilən fotomüsabiqələrdə iştirak etməli, onların təqdim etdiyi fotolar bədii və texniki ustalıq baxımından bəyənilməli, mükafatlar qazanmalıdır. Daha sonra qurumun Direktorlar Şurasının və Bədii Komissiyasının üzvlərinin böyük əksəriyyətinin səs çoxluğu və qərarı tələb olunur.

İldə bir dəfə təqdim olunan fəxri adlara bu il Azərbaycandan 5 fotoqraf layiq görülüb. Nurlan Tahirli, Valeriy Xlızov, Aleksandr Firstov Beynəlxalq Foto Sənəti Federasiyasının “Rəssam”ı, Rəşad Mehdiyev “Mükəmməllik”, İlqar Cəfərov isə “Mükəmməlik/bürünc” dərəcələrini əldə ediblər. Bununla da 2016-cı ildən başlayaraq beynəlxalq fəxri ad alan azərbaycanlı fotoqrafların sayı 7-yə yüksəlib.

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev bir əsrlik tarixi olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbirləridir. Hər iki fotoqraf Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlamış Vətən müharibəsi zamanı cəbhəyanı bölgələrdə və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2092

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28