Azərbaycan  uzunömürlülər diyarı   deyil? – Rusiyalı professorun İDDİASI
31 may 2023 18:30 (UTC +04:00)

Azərbaycan uzunömürlülər diyarı deyil? – Rusiyalı professorun İDDİASI

“Qafqazın uzunömürlülər diyarı olması barədə deyilənlər keçmiş SSRİ vaxtı uydurulmuş əfsanədən başqa bir şey deyil”.

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, bu fikri rusiyalı professor Valeri Novoselov səsləndirib.

“SSRİ dövründə Abxaziya, Azərbaycan və Yakutiya uzunömürlü insanların yaşadığı 3 əsas region hesab olunurdu. Burda çoxlu sayda yaşı 120-dən çox olan insanların yaşadığı iddia edilirdi. Məsələn, Azərbaycanda Məcid Ağayev 143 il (1835-1978), Mahmud Eyvazov 151 il (1808-1959), Sərəli Müslümov 168 il (1805-1973) yaşamışdı. Amma əslində bu insanlar uzunömürlü deyildilər, “uğurlu” qocalma nümunəsi idilər. Onların təxminən 90 yaşı var idi”, - Novoselov iddia edib.

Onun sözlərinə görə, bu insanlar doğumun dəqiq qeydə alınmadığı və bölgədə müntəzəm hərbi xidmətin olmadığı bir vaxtda doğulmuşdular. Buna görə də sakinlərin dəqiq yaşını təyin etmək üçün heç bir mənbə yox idi.

“Qafqazda çox zaman kişilər öz yaşlarını böyüdürdülər. Həm müharibə vaxtı döyüşə gedə bilmək, həm də bu yerlərdə ağsaqqallara böyük hörmət qoyulduğu üçün. Qadınlarsa, əksinə müharibədən sonra ərə gedə bilmək üçün yaşlarını azaldırdılar. Fikir verirsinizsə, yaşı 120-dən çox olanların hamısı kişilərdir. Bu da həmin faktların yalan olmasından xəbər verir”, - professor vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4198

Oxşar yazılar

Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34