Dünyanın ən gözəl qadını  AÇIQLANDI - Məşhur aktrisadır
14 noyabr 2025 18:31 (UTC +04:00)

Dünyanın ən gözəl qadını AÇIQLANDI - Məşhur aktrisadır

0

Alimlər qədim yunanların "qızıl kəsim" adlanan xüsusi hesablaması əsasında araşdırma apararaq dünyanın ən gözəl qadınını müəyyən ediblər. Bu metod üzün bütün elementlərinin harmoniyasını və nisbətlərini ölçməklə "fiziki mükəmməlliyi" qiymətləndirir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə görə, dünyanın ən gözəl qadını amerikalı aktrisa Emma Stoun seçilib. O, 94,72 faiz mükəmməllik göstəricisi ilə siyahının lideri olub.

Tədqiqatı aparan həkim, estetika üzrə mütəxəssis Culian De Silva bildirib ki, Emma Stoun üzün bütün elementləri fiziki mükəmməllik baxımından ölçüldükdə açıq şəkildə qalib oldu. O, "qızıl kəsim"in bütün parametrləri üzrə ardıcıl yüksək nəticə göstərərək birinci yeri tutdu.

Mütəxəssislər aktrisanın demək olar ki, ideal qaş forması, mükəmməl çənə xətti və harmonik şəkildə proporsional dodaqlara sahib olduğunu qeyd ediblər.

Emma Stoundan sonra siyahıda ikinci yeri amerikalı aktrisa Zendea, üçüncü yeri isə hindistanlı aktrisa Frida Pinto tutub.

Зендея и Фрида Пинто / © Associated Press

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar