Əməkdar artist Fərqanə Qasımova və həyat yoldaşı
25 avqust 2021 09:57 (UTC +04:00)

Əməkdar artist Fərqanə Qasımova və həyat yoldaşı

Fərqanə Qasımova ərindən yazanları qınadı: "AYIB OLSUN!"

“Bəzi saytlarda və sosial mediada yayılmış məlum xəbərlə bağlı fərqli yorumları oxuduqca həm təəssüfləndim, həm təəccübləndim. Əvvəla, bu həyatda hər kəsin bir sınağı olur. Tanımadan, bilmədən özgə bir ailəni müzakirəyə çıxarmaq kimsəyə başucalığı gətirməz”.

Lent.az xəbər verir ki, bu fikirləri xanəndə əməkdar artist Fərqanə Qasımova sosial media hesabından paylaşıb.  

 Xanəndə qeyd edib ki, taleyin öz hökmü var:

“Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir duası ilə evləndik, allah bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə böyük məsuliyyətdir. Çox heyif ki, hər şey arzuladığımız kimi olmur. Elnur geri dönüşü olmayan bir yolu tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır. Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər, yaxşı olar kimsə başqasına rişxənd etməsin. Alim Qasımov sənəti, adı ilə mədəniyyətimizi zirvələrə qaldırıb. Onun adını lazımsız yerə hallandırmağa gərək yoxdur - bunun özü də bir mədəniyyətdir. Hər kəsin diqqətini çəkmiş hadisə sadəcə, bizim ailə problemimizdir. Onu da qeyd edim ki, bu hadisə bir ilə yaxındır ki baş verib. Buna baxmayaraq eşitdiyi məlumatları yalan yanlış yayanlara ayıb olsun. Lütfən, müzakirə mövzusu etməyin”. 

Qeyd edək ki, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı olan E.Mövlanov hazırda həbsdədir. O, Alim Qasımovun xanımına məxsus külli miqdarda qızıl-ziynət əşyalarını oğurlamaqda ittiham olunur.

# 11424
avatar

Nigar Adil

Oxşar yazılar