Flora Kərimova Rəhim Rəhimlidən  üzr istədi
30 sentyabr 2022 16:05 (UTC +04:00)

Flora Kərimova Rəhim Rəhimlidən üzr istədi

Məşhur müğənni Rəhim Rəhimlinin vaxtsız ölümü Xalq artisti Flora Kərimovanı da sarsıdıb.

Lent.az-ın məlumatına görə, o, sosial şəbəkə hesabında ürək sözlərini yazıb, bir zamanlar Rəhimin qəlbini qırdığı üçün üzr istəyib.

“Sənin istedadın fərqliliyin... Fərqliliyin insanlığın idi. Uşaq məsumiyyətinlə İlk mahnını mənə təqdim etməyini, səmimi gülüşünü, həyəcanını xatırlayıram. Hər yerdə sənin mahnına qol qaldırıb rəqs etməyimi heç demirəm…!

Bu mahnını da oxumağımı istəmişdin. Düşən son yarpağın bu günə imiş. Samir Bağırovun ifasını o qədər sevirdim ki, mahnının bakir məsumiyyətinə toxunmaq istəmədim. Bu qərarım nisgili ürəyinə toxunmuşdusa, incik ruhundan üzr istəyirəm!

Allah sənə rəhmət eləsin, Rəhim! Məkanın behişt olsun!

# 7011
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar