Hüseyn Arifin hansı çariça ilə eşq macərası olub?
18 iyun 2022 10:10 (UTC +04:00)

Hüseyn Arifin hansı çariça ilə eşq macərası olub?

Lent.az-ın "Məşhurlardan gülməcələr" layihəsində növbəti yazımızı təqdim edirik.
Bu rubrikamızda Azərbaycanın tanınmış simalarının başına gələn məzəli hadisələr, onların dilindən səslənmiş maraqlı ifadələr, olaylar barədə danışacağıq. Axı heç bir lətifə boşuna yaranmayıb. Gəlin, birlikdə eşidək, birlikdə gülək. Bu dəfəki qəhrəmanımız  duzlu- məzəli deyimləri dillərə düşmüş Xalq şairi Hüseyn Arifdir.

Zəlimxan Yaqub cavan vaxtlarında iş axtarırmış. Gedir o zaman Respublika Aşıqlar Birliyinin sədri işləyən şair Hüseyn Arifin yanına, bilib ki, əliboş qaytarmaz. Deyir “Hüseyn qağa, dolanammıram, şair şairin əlin boş qaytarmaz. Mənə bir iş tap ver”.  Hüseyin Arif deyir ki,  səni göndərirəm Tovuza, Aşıqlar Birliyinə sədr. Zəlimxan Yaqub sevinsə də, bir az şübhəli soruşur: “Hüseyn qağa, başına dönüm, yəni dolana biləjəmmi, camaat məni dolandırajaxmı?”
Hüseyn Arif də rahat-rahat cavab verir: 
- Ayə niyə dolanmırsan, Tovuzda adamdan çox aşıq var.  Get başını saxla.

***

Rayonların birində görüş varmış. Bir dəstə yazıçı qonaq gəlibmiş. Ziyalıların, yerli rəhbərlərin çoxu onlarla mehribanlıqla görüşüb hal-əhval tuturlar. Amma bir nəfər- rayon icraiyyə komitəsinin sədri əli cibində dayanıb, heç kəsə məhəl qoymur. Bunu görən yazıçı Sabir Azəri Hüseyn Arifin qoluna toxunur.
- A şair, gör, özünü necə çəkir. Qanacaqsız adama oxşayır.
-Ə, qanacağı  neynəyir, vəzifəsi var, rüşvəti var, qanacağı gözünə ha, soxmayacaq?!

***

Hüseyn Arifin yanında  dostları hansı gözəl xanımı tərifləyirmişlərsə,  deyirmiş tanıyıram, onunla gözəl günlərim, macəralarım olub. Bir gün dostları şairi pərt eləmək üçün qarşısına çoxlu gözəl şəkillər düzürlər, hansına baxırsa yenə deyir tanıyıram. Axırda çariça Yekaterinanın şəklini qoyurlar qabağına. Şair yenə başlayır öyünməyə. “ Baho, onunla günlərimiz olub e, əl çəkmirdi yaxamdan, ölürdü dərdimdən..”. 
Dostları gülüşürlər. 
- A kişi, bu Yekaterinadır, nə danışırsan?
- Ayə, siz  şəklə inanacaqsız ya xalqın şairinə? Deyirəmsə olub, deməli olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2706

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28