Kraliçanın  solğun və ləkəli libası   görənləri təəccübləndirdi
28 mart 2023 15:49 (UTC +04:00)

Kraliçanın solğun və ləkəli libası görənləri təəccübləndirdi

İspaniya kralı Felipe və xanımı kraliça Letisiya “In Memoriam” xatirə tədbirinə solğun və ləkəli paltarla çıxmaqla hər kəsi təəccübləndirib.

Lent.az-ın xəbərinə görə, “In Memoriam” 2004-cü ildə Madriddə törədilmiş 193 terror qurbanının xatirəsinə həsr olunmuş, hər il keçirilən konsertdir. Bu tədbirə qatılan rəsmi şəxslər  bir qayda olaraq qara rəngli matəm geyimlərində olurlar. Letisiya bu il ənənələri pozaraq mərasimə tünd boz rəngli libasla gəlib. Libasın qeyri - adi solğun və ləkəli görünməsi media nümayəndələrinin diqqətindən qaçmayıb.

Kraliçanın geyimi Cortana brendindən olub qiyməti 835 avro təşkil edir. İpək parçadan hazırlanmış bu libasın nə üçün məxmər parça kimi rəngarəng görünməsi, solğun və ləkəli təsir buraxması anlaşılmayıb.
Kraliça libasını qara rəngli stiletto ayaqqabı və klatç ilə tamamlayıb.


 

# 1500
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar