“Kurtlar Vadisi”nin məşhur personajı vəfat etdi
24 yanvar 2022 22:22 (UTC +04:00)

“Kurtlar Vadisi”nin məşhur personajı vəfat etdi

Bir müddətdir ağciyər xərçəngindən müalicə alan Türkiyənin məşhur aktroru Ayberk Pekcan vəfat edib.

Lent.az-ın xəbərinə görə, bu barədə “Haber Global” kanalı məlumat yayıb.

Ötən həftə səhhəti pisləşən aktyorun vətəni Mersində reanimasiyaya aparıldığı bildirilib.

Qeyd edək ki, Pekcan Azərbaycan tamaşaçısına “İhlamurlar Altında”, “Yaprak Dökümü”, “Kurtlar Vadisi” və “Keşanlı Ali Destanı” kimi serialları ilə tanışdır.
51 yaşlı aktyor son rolunu “Diriliş Ertuğrul” serialında canlandırıb.
 

# 1590
avatar

Oxşar yazılar