Məşhurlardan GÜLMƏCƏLƏR  - Gəncəli nənə hər gün Qara Qarayevi niyə arzulayırmış?
26 may 2022 19:29 (UTC +04:00)

Məşhurlardan GÜLMƏCƏLƏR - Gəncəli nənə hər gün Qara Qarayevi niyə arzulayırmış?

Lent.az növbəti layihəyə start verir.

Bu rubrikamızda Azərbaycanın tanınmış simalarının başına gələn məzəli hadisələr, onların dilindən səslənmiş maraqlı ifadələr, olaylar barədə danışacağıq. Axı heç bir lətifə boşuna yaranmayıb. Gəlin, birlikdə eşidək, birlikdə gülək.

Qara Qarayevin şöhrətinin bütün Sovet İttifaqına yayıldığı zamanlarmış. Hər gün günorta vaxtı Gəncədən bir yaşlı nənə radioya zəng edib, onun simfoniyalarının çalınmasını xahiş edirmiş. Getdikcə xahişlərin sayı artr, nənə gün içində  bir neçə dəfə zəng edib Qara Qarayevin əsərlərinin  səsləndirilməsini istəyir. Bir gün sənət adamlarının Gəncə şəhərinə qastrolu təşkil olunur və Qara Qarayev də həmin səfərdə iştirak edir. Radio əməkdaşlarından biri Qara Qarayevin gəncəli pərəsətişkarı barədə ona danışır. Dahi bəstəkarı maraq bürüyür, o  fanatının ünvanın tapılmasını xahiş edir. Gəncəyə çatar- çatmaz həmin xanımın yaşadığı ünvana üz tutur. 

Həyət qapısını döyür və qapını çadraya bürünmüş, 75-80 yaşlarında bir qarı açır. Qara Qarayev təəccüblənir, çünki nənə görünüşündə klassik musiqi pərəstişkarına bənzəmirdi. Bəstəkar soruşur.

- Nənə, siz hər gün radioya zəng vurub, Qara Qarayevin əsərlərinin çalınmasını xahiş edirsiniz?

- Bəli.

- Onu bu qədər çox sevirsiniz?

- Yox, ay bala, mən hara simfoniya hara. Onun əsərləri çalınan kimi uşaqlar  radionu söndürür, mən də namazımı rahat qıla bilirəm, oturub Quranımı oxuyuram.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5315

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28