"Qocalıq, şəkər xəstəliyi  birinci ayaqdan başlayıb" - Rəşad Məcid Anardan  DANIŞDI
17 noyabr 2025 11:27 (UTC +04:00)

"Qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb" - Rəşad Məcid Anardan DANIŞDI

0

“Bu, Anardır! Azərbaycanın qürur duyacağı böyük şəxsiyyət! 88 yaşında da kübar, sağlam, yaddaşı yerində, yazıb-yaradan, səfərlərə gedən, yorulmadan çalışan Anar. Bu şəkil 3 noyabrda Azərbaycan Milli Elmlər Akademiyasının yubileyindən çıxanda çəkilib. Akademik Zemfira Səfərova AMEA-nın yubiley medalıyla təltif olunmuşdu. Anar kübarcasına həyat yoldaşının qoluna girib maşına sarı gəlirdi”.

Lent.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabında paylaşıb.

“O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə, özü ilə indicə danışdım, dedi ki, bir müddət əvvəl ayağım ağrıyanda klinikaya gedəndə çəkilib. Səfərlərdə olarkən İstanbulun uzun aeroportunda hava alanının bu xidmətindən ara-sıra istifadə edib Anar. Özünün dediyinə görə qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb.

Anar müəllim bir azdan işdə olacaq, narahat olanlar Azərbaycan Yazıçılar Birliyinə gəlib Anar müəllimə şəkil çəkdirə bilərlər! Allah Anar müəllimə cansağlığı, sağlam ömür versin, yazıb-yaratmaq şövqü heç zaman tükənməsin!” - deyə, o bildirib.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin sosial şəbəkələrdə təkərli oturacaqda çəkilmiş fotosu müzakirələrə səbəb olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar