Həmidə Ömərova
06 oktyabr 2022 20:15 (UTC +04:00)

Həmidə Ömərova

“Stolu götürdüm başına çırpmaq istəyəndə diz çöküb dedi ki, ...” - Həmidə Ömərova ilə MÜSAHİBƏ 

Zabratdayıq. Məşhur “Ata ocağı”nın çəkildiyi o evdə... 

Yemək fasiləsində Xalq artisti Həmidə Ömərova ilə həmsöhbət olduq. Onunla müsahibəni təqdim edirik:

- Söhbətimizə kino sahəsinə gəlişinizlə başlayaq. Bu necə oldu?

- Təsadüfən. Azərbaycan kinosunun klassiki Həsən Seyidbəylinin televiziyada çıxışına baxırdım. O açıqladı ki, Ümumi Dünya Kinometoqrafiya İttifaqında rusiyalı aktyor və rejissor Yevgeni Matveyevin rəhbərliyi altında azərbaycanlılar üçün kurs açılır. Düzü, aktrisa olmağı heç vaxt xəyal etməmişdim. Amma özümü sınamaq qərarına gəldim. 

Anam yeganə qızını Moskvaya buraxmaq istəmirdi, amma sonra razı oldu. Ümumiyyətlə, o, mənə qarşı çox sərt davranırdı. Həmişə onun bütün əmrlərini yerinə yetirməli idim. Anama söz vermişdim ki, aktrisa yox, rejissor olacağam, amma sonra fikrimi dəyişdim. 

- Bəs, ilk filminiz...

- Kursumuzu bitirənlərin hamısını müxtəlif rollara dəvət edirdilər, bircə mən qıraqda qalmışdım. Düz altı aydan sonra məni yada saldılar. Rejissor Oktay Mirqasımov "Başa düşmək istəyirəm" filmində baş qəhrəman roluna aktrisa axtarırdı. O, məndən baş qəhrəman rolunu canlandıracaq gənc aktrisaya kömək etməyimi istədi. Həmin qızla işləyəndə o mənə diqqətlə nəzər yetirirdi. Hər şeyi bəyəndiyi üçün fikrini dəyişdi və bu rola məhz məni təsdiq etmək qərarına gəldi. Daha sonra "Neft və milyonlar krallığında" filminin yeni variantında çəkilməyə dəvət aldım. 

- 6 il yol qət etdiyiniz serialdan danışsaq, bu barədə nə deyərsiniz?

- Bir illik müqavilə bağlamışdı. Çünki düşünürdüm ki, bir ilin sonunda bitəcək. Hər mövsümün axırında “bitdi” deyirik, amma yeni mövsümə yeni ssenari ilə başlayırıq. Bu 6 ildə biz ailə olduq. Evdəkilərdən çox buradakı əməkdaşlarımızı görürəm. 

- Digər seriallardan təklif almısınız? Yeni layihələriniz var?

- Bu serialdan qabaq “Barama”da obraz canlandırırdım. Ancaq bura ilə müqavilə imzaladığım üçün həmin serialda qəhrəmanımı öldürdülər. Təkliflərim var, hələ ki, düşünürəm və dəyərləndirməyə çalışıram. Televiziyada retro tipli veriliş aparıram. Yeni bir proyektim olacaq, hələ bu barədə açıqlamıram. Televiziya sahəsinə aiddir. 

- Mövzudan bir az kənara çıxıb Azərbaycanın film sektorundan danışaq. Hazır ki film sahəsini necə qiymətləndirirsiniz?

- İndiki vəziyyətdə ən çox müəllif kinosu tendensiyası var. Ən çox bu istiqamətdə inkişaf sürətli gedir. Ümumilikdə, Azərbaycan film sektorunda ötən illərlə müqayisədə irəliləyiş çoxdur. Tamaşaçılar arasında sorğu keçirəndə görürük ki, əvvəllər türk seriallarına baxanlar indi öz filmlərimizə yavaş-yavaş maraq göstərirlər. Yəni əhalini ələ almışıq. 

Filmlərdə bu gün gənclər yer alır. Bizim çəkildiyimiz dövrdən fərqli olaraq, indiki rejissorlar zamanın nəbzini tutmağa çalışırlar. Lakin onlar da tamaşaçını narahat edən mövzulara toxunmalıdırlar. 

- O vaxtkı Azərbaycan kinosu ilə indikini müqayisə etsək, onların arasında hansı fərqlər var?

- Onda çəkilişlər daha maraqlı idi. Xüsusi bir nəsil idi. Hamı pulsuz işləyirdi. Biz kinonu sevirdik, indi də sevirik, amma o, artıq əvvəlki kimi deyil. Bizdə istedadlı gənc rejissorlar, aktyorlar var, amma onların özlərini sübut etmək imkanları yoxdur.

- Tələbəlikdə Həmidə Ömərova necə olub? 

- Hə... Mən çox utancaq olmuşam. Görünüşüm də əsl utancaq azərbaycanlı qızının görünüşü idi - uzun hörüklərim. Müəllimlərim zahiri görünüşümə görə utancaqlığa dözürdülər. 

Müəllimimiz deyirdi ki, 1-ci kursda özünüzü kino ulduzu, 2-də nə isə alına biləcəyini, 3-də ünvanı səhv saldığınızı, 4-də heç aktyor olmadığınızı deyəcəksiniz. Çox çətindir bu sahə. Mənim elə kurs yoldaşlarım var ki, bu sahədə yoxdur. 

- Bu sahəni seçəndə ailə üzvləriniz necə münasibət göstərdi? Qarşı çıxan oldu?

- Anam... Anam qətiyyən istəmirdi bu sahəyə gəlim. Onu razı salmaq çox çətin oldu. Amma sonra o mənimlə fəxr etdi. 

İndi də oğlum işləməyimi istəmir artıq. Keçən il ad günümdə oğlum dedi ki, bəsdir artıq, dincəlməlisən. Amma mən bu sahədən ayrılmaq istəmirəm. Düzdü, bəzən çox yoruluram, dincəlmək istəyirəm. Digər tərəfdən də bu sahəyə olan sevgim ayrılmağa qoymur.

Yevgeni Matveyev həmişə bizə deyirdi: "Aktyorluq peşəsi bataqlığa bənzəyir. Bir dəfə girsən, heç vaxt çıxmayacaqsan". O, haqlı imiş...

- Bildiyimizə görə, övladınızın bu sahədə olmasına razı deyildiniz...

- İstəmirdim, bəli. Ona görə o Aviasiyanı bitirdi. Amma tale elə gətirdi ki, indi yenə mənlə eyni sahədədi. “ARB”də prodüser kimi çalışır.   

- Bu illər ərzində ən yadda qalan hadisə nə olub? 

- Belə hadisələr çoxdur. Amma heç vaxt unutmadığım əksər aktyorlarda çəkiliş zamanı sözlər yaddan çıxarmasıdır, mən isə göydən yerə düşmüşəm. O zaman AzTv-də “Retro” adlı verilişin aparıcısı idim. İkinci verilişin çəkilişi idi. Studiyanı hazırlayanda kubiklər qoyurdular, onun üstünə də kürsünü. Mən qalxıb o kürsüdə otururdum. Veriliş təzə başlamışdı, gördüm ayaqlarım yavaş-yavaş qalxır yuxarı. Rejissorlar da yuxarıda otururdu. Onlar gələnə qədər kubiklər aralandı, mən düşdüm arasına. 

Daha sonra Oqtay Mirqasımlının çəkdiyi filmdə Çinarə obrazı gəlin köçürdü. İstəmədiyi oğlana ərə gedir. Orda deyirdim ki, “Əhməd ayaqqabımı çıxart” bu sözdən sonra o ayaqqabımı çıxardıb, şillə vurmalı idi. Neçə var gücü ilə vurdusa, gözümdən qığılcım çıxdı. Durdum stolu götürdüm başına çırpmaq istəyəndə diz çöküb dedi ki, Həmidə bu roldur. Sonra dişim sındı, üzüm şişdi.  

- Son olaraq gənc aktyorlar barədə nə deyə bilərsiniz?

- Ətrafımda hamısı gənclərdir. Hamısı mənim balamdır. Serialların çəkilməsi müsbət haldır  - həm illərlə işsiz qalan aktyorlarımıza iş olar, həm də gənc aktyorlarımıza öz istedadlarını ortaya qoymaq üçün şərait yaranar. 

Bu da belə... Həmidə xanımla söhbətimiz bitir. İndi isə “Şəfiqə”ni izləməyə gedirik....


 

# 10905
avatar

Fidan İlqar

Oxşar yazılar

İlin  ən yaxşı filmləri   AÇIQLANDI

İlin ən yaxşı filmləri AÇIQLANDI

8 dekabr 2022 , 18:59
Kukla Teatrının direktoru yoxlamanın  Lent.az-a müsahibəsinə   görə olduğunu TƏSDİQLƏDİ -  YENİLƏNİB

Kukla Teatrının direktoru yoxlamanın Lent.az-a müsahibəsinə görə olduğunu TƏSDİQLƏDİ - YENİLƏNİB

8 dekabr 2022 , 18:34
“Oqtay mənim Cek Potumdur” – Əməkdar artistlə MÜSAHİBƏ

“Oqtay mənim Cek Potumdur” – Əməkdar artistlə MÜSAHİBƏ

8 dekabr 2022 , 17:22
Kukla Teatrının aktyorları "BUNT" QALDIRDI:  "Nazirlik sui-istifadə edir"

Kukla Teatrının aktyorları "BUNT" QALDIRDI: "Nazirlik sui-istifadə edir"

8 dekabr 2022 , 17:11
"Avroviziya"nın Azərbaycan nümayəndə heyətinin rəhbəri İSTEFA VERDİ

"Avroviziya"nın Azərbaycan nümayəndə heyətinin rəhbəri İSTEFA VERDİ

7 dekabr 2022 , 14:15
Qorxu filmlərində uşaq aktyorları necə çəkirlər?

Qorxu filmlərində uşaq aktyorları necə çəkirlər?

7 dekabr 2022 , 10:25
Əl yuyulanda günahlar təmizlənir? - Belə yaranıb

Əl yuyulanda günahlar təmizlənir? - Belə yaranıb

6 dekabr 2022 , 17:56
Məşhur aktrisa amansız xəstəlikdən  ÖLDÜ  - FOTO

Məşhur aktrisa amansız xəstəlikdən ÖLDÜ - FOTO

6 dekabr 2022 , 15:38