Tolstoy nə üçün Nobel mükafatından  imtina edib?
11 oktyabr 2024 15:00 (UTC +04:00)

Tolstoy nə üçün Nobel mükafatından imtina edib?

 Ədəbi dünyada Lev Tolstoyun ədəbiyyat üzrə Nobel mükafatından imtina etməsibarədə əfsanə dolaşır. Bəs böyük yazıçı nə üçün bu mükafatdan imtina edib

Lent.az maraqlı tarixçəni təqdim edir.

Əslində, Lev Nikolayeviç Tolstoy Nobel mükafatından imtina etməyib. Məsələ burasındadır ki, Tolstoy heç vaxt Nobel mükafatı laureatı elan edilməyib. O, verilməyən bir mükafatdan necə imtina edə bilərdi?

Mükafatdan imtina edən Boris Posternak olub. O,  “Doktor Jivaqo” əsərinə görə Nobel mükafatından öz xoşu ilə imtina etməyib, buna məcbur edilib.

Ədəbiyyat üzrə ilk Nobel mükafatına 1901-ci ildə fransız şair Armand Sülli-Pryüdom (Sully-Prudhomme) layiq görüldü. Hərçənd ki, “Anna Karenina”, "Hərb və Sülh" kimi əsərlərin müəllifi dura-dura Nobel mükafatının miqyası kiçik bir şairə verilməsi böyük narazılığa səbəb oldu.

Dövrün tanınmış yazarları, eləcə də İsveçin bir sıra mədəniyyət xadimi Tolstoya kollektiv məktub yazaraq, Nobel komitəsinin qərarı ilə razılaşmadıqlarını bildirdilər.

İsveç mətbuatı qəzəbli idi, Tolstoyun nəhəng fiqurunun yanında Sülli-Pryüdomun zəif qaldığını yazırdı. 

Ancaq Nobel Komitəsinin eksperti, professor Alfred Jensenin Tolstoyun fəlsəfəsi əsərlərindəki “idealist oriyentasiya” arzusunun Alfred Nobelin iradəsinə zidd olduğunu qeyd edirdi. Jensenə görə "Hərb və Sülh" tarix anlayışından məhrumdur və Tolstoy sivilizasiyanın bütün formalarını pisləyir və primitiv həyat tərzini qəbul etməkdə təkid edirdi.

Bəzi Rusiya mənbələri Tolstoyun güya 5 dəfə - 1902-1906-cı illərdə Nobel mükafatına namizəd olduğunu yazırlar. Həqiət isə belədir ki, 1906-cı ildə Rusiya Elmlər Akademiyasının üzvləri İsveçə müvafiq ərizə göndərərək Tolstoyu namizəd göstərməyə təşəbbüs ediblər. Və Tolstoy da məhz bu prosesi dayandırıb, fin yazıçısı Arvid Jarnefeltdə ünvanladığı məktubda "bu mükafata layiq görülməməyimə çalışın, çünki bu baş verərsə, mənim üçün çox xoşagəlməz olar və imtina edin" yazır. Jarnefelt də rus həmkarının bu tapşırığını yerinə yetirir. 
Bir sözlə, Tolstoy heç vaxt Nobel mükafatı laureatı olmayıb.

27 il sonra, 1933-cü ildə İsveç Akademiyası Ədəbiyyat üzrə Nobel mükafına rus yazıcısı İvan Bunini layir görür. İsveç Akademiyasının  üzvü Ake Erlandsson deyib: “Buninə verilən Nobel mükafatı Lev Tolstoy üçün rus ədəbiyyatına üzrxahlıq idi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5634

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28