Usta sənətkar Tamer Leventin muzey kimi evi göz oxşayıb.
Lent.az xəbər verir ki, Türkiyə televiziya verilişlərindən birinin qonağı olan sənətkarın xüsusi evi tamaşaçılara sənət qalereyası təsiri bağışlayıb.
Sənət və tarix ahəngi
Evin bəyaz divarlarını bəzəyən qiymətli tablolar, seçilmiş aksesuarlar və klassik mebellər izləyiciləri valeh etdi. Hər guşəsində fərqli bir sənət əsəri yerləşdirilən salon, həm müasir, həm də ənənəvi üslubların vəhdətini əks etdirir. Divarlarda boş yer tapmaq isə demək olar ki, mümkün deyil.
Ailə yadigarı əşyalar
Levent ailəsinin evində diqqət çəkən məqamlar arasında taxt xüsusi yer tutur. Nəsildən-nəsilə qorunan bu əşyalar ailə üçün yüksək mənəvi dəyərə sahib qiymətli yadigarlar hesab olunur.
Muzeyi xatırladan iş otağı
Usta sənətkarın iş otağı da salon qədər heyranedicidir. Sayısız kitab və tablo ilə zənginləşdirilmiş bu otaq, sanki kiçik bir sənət muzeyini xatırladır. Qiymətli tablolar, diqqətlə seçilmiş aksesuarlar və nizamlı kitab rəfləri Tamer Leventin sənətlə iç-içə yaşadığını bir daha nümayiş etdirir.
Bu xüsusi ev həm sənətə, həm tarixə, həm də ailə dəyərlərinə verilən önəmin bariz göstəricisi kimi tamaşaçıların yaddaşında qaldı.