Vatikanın qorxduğu  şeytanabənzər   qadın - Bricit Bordo
06 iyun 2023 14:38 (UTC +04:00)

Vatikanın qorxduğu şeytanabənzər qadın - Bricit Bordo

Hətta müasir gözəllik standartları ilə belə o hələ də dünyanın ən gözəl qadınlarından biri sayılır. Söhbət ötən əsrin ortalarında ulduzu parlayıb, kino tarixinə öz damğasını vuran məşhur aktrisa Bricit Bardodan gedir.

Lent.az-ın xəbərinə görə, o, 1950-ci illərin ilk bikini modeli idi. Vatikan onun adını günah sözü ilə simvollaşdırmışdı. Çünki milyonlarla qadın bu şıltaq, gözəl, seksual xanımı yamsılamaqla kişiləri “günaha salırdı”. Vatikan üçün Bricit qadın görkəminə bürünmüş şeytan idi. 

Bricit Bardo fenomeninin sirri bundaydı ki, o üzündəki qüsurları şarma çevirməyi bacarırdı. Məsələn, əyri dişləri Bricitə xüsusi gözəllik veriridi.

Bricit ötən əsrin ortalarında gözəlliyə inqilabi yenilik gətirən qadın idi. O çox səliqəli, ideal saç düzümləri olan, hündürdabanlı ayaqqabılarla brend geyimlərdə dolaşan gözəllərdən fərqli olaraq adi cins şalvarda, dağınıq saç düzümü ilə, hətta çıllpaq bədəninə geyindiyi kişi köynəkləri ilə belə çox seksual görünürdü.

Öz memuarlarında Bricirt belə yazır. “Mənə xoş olan qaydada yaşadım. Bu mənim hamıdan fərqim idi. Ənənələr mənlik deyildi. Ya dünya məni olduğum kimi qəbul edəcək, ya da mən dünyanı qəbul etməyəcəkdim. Sonunda mən deyən oldu. Dünyaya qalib gəldim”.

1960-cı illərin əvvəlində kino aləminə gələn Bardo müharibədən sonrakı illərdə azadlığa can atan, cəmiyyətin mühafizəkar təbəqəsinin müqavimətini qırmağa nail olan qadın obrazarının rəmzinə çevrilmişdi. Şıltaq, cazibədar və azad. Bricitin qəhrəmanları belə qadınlar idi. Bardo kinokaryerasına 1973-cü ildə son qoymasına baxmayaraq bu gün də fransız xalqının nəzərində böyük və əvəzsiz bir sənətkar olaraq qalır.

# 1995
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar