Qab sabununa  duz və diş pastası   əlavə edin: bütün evdar qadınlar bilmir
07 may 2024 17:44 (UTC +04:00)

Qab sabununa duz və diş pastası əlavə edin: bütün evdar qadınlar bilmir

Yüksək keyfiyyətli və ucuz bir qab şampunu hər bir evdar qadının arzusudur, çünki belə bir seçim tapmaq demək olar ki, mümkün deyil. Ucuz qab şampunu bəzən inadkar yağları nəzərə almasaq, xırda yemək izlərini belə təmizləyə bilmir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, buna görə də, əsas qabyuyan məhsullarınıza bir az duz əlavə edin.

Duz güclü təmizləyicidir, hətta yağları da əridə bilir. Məhsul həm də mikrobları yox edir və yemək qalıqlarını asanlıqla çıxarır.

Məhsulun işləməsi üçün qab şampununa bir az duz əlavə etmək kifayətdir. Daha təsirli nəticələr üçün bir qaşıq soda da əlavə edə bilərsiniz.

Bundan əlavə, qab şampununa diş pastası da əlavə etmək olar. Bu, əla universal təmizləyici yaradacaq sadə üsuldur.

Qab şampununa bir qaşıq pasta və bir az su da əlavə edin. Bundan sonra istənilən səthi təmizləyə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14460
avatar

Arzu Qurbanlı

Oxşar yazılar