"Bu qurumlar ləğv edilməlidir" - İlham Əliyev SƏRT DANIŞDI
14 may 2024 11:42 (UTC +04:00)

"Bu qurumlar ləğv edilməlidir" - İlham Əliyev SƏRT DANIŞDI

ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlətimizin başçısı qeyd edib ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10599
avatar

Oxşar yazılar

İlham Əliyevin “Euronews” televiziyasına MÜSAHİBƏSİ

İlham Əliyevin “Euronews” televiziyasına MÜSAHİBƏSİ

22 iyun 2024 , 10:27
Mehriban Əliyevadan Milli Qurtuluş Günü PAYLAŞIMI

Mehriban Əliyevadan Milli Qurtuluş Günü PAYLAŞIMI

15 iyun 2024 , 10:58
İlham Əliyevdən BAYRAM TƏBRİKİ

İlham Əliyevdən BAYRAM TƏBRİKİ

14 iyun 2024 , 13:57
İlham Əliyev Qahirədə Əs-Sisi ilə görüşüb

İlham Əliyev Qahirədə Əs-Sisi ilə görüşüb

8 iyun 2024 , 12:56
Azərbaycan Prezidenti Misirdə rəsmi səfərdədir

Azərbaycan Prezidenti Misirdə rəsmi səfərdədir

7 iyun 2024 , 19:36
Azərbaycanın bu ölkəyə yeni səfiri  təyin edildi

Azərbaycanın bu ölkəyə yeni səfiri təyin edildi

6 iyun 2024 , 16:13
Bu rayonun icra başçısı işdən çıxarıldı

Bu rayonun icra başçısı işdən çıxarıldı

6 iyun 2024 , 13:07
DTX ilə bağlı fərmanda DƏYİŞİKLİK

DTX ilə bağlı fərmanda DƏYİŞİKLİK

6 iyun 2024 , 10:34